Yuxarı

BBC Sport I Avropa oyunlarına məqalə həsr edib

BBC saytında  I Avropa oyunlarına və oyunlarda britaniyalı idmançıların iştirakına həsr olunan geniş məqalə dərc olunub

Bakı. 11 iyun. REPORT.AZ/ BBC saytında  I Avropa oyunlarına və oyunlarda britaniyalı idmançıların iştirakına həsr olunan geniş məqalə dərc olunub. "Report" xəbər verir ki, məqalədə iyunun 12-28-də Azərabcyanda keçiriləcək oyunlarda Britaniya nümayəndə heyətinin 2008-ci ildə Pekindəki olimpiyadadan sonra ən böyük heyət olduğu qeyd olunub. Nümayəndə heyətinə 120 idmançı daxil olub. Onlar idmanın 20 növündən 13-də medallar uğrunda mübarizə aparacaqlar. 

Məqalədə oyunlarda iştirak edəcək britaniyalı idmançılar haqqında məlumat, eləcə də yarışların ətraflı qrafiki verilib. 

I Avropa oyunları iyunun 12-28-də Azərbaycanda keçiriləcək. Avropanın bütün ölkələrindən təxminən 6000 idmançı 253 komplekt medal uğrunda mübarizə aparacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi