BANM-də "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsinin iştirakçıları ilə görüş keçirilib

BANM-də "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsinin iştirakçıları ilə görüş keçirilib İştirakçılar arasında ümumilikdə 22 KİV, o cümlədən televiziya, qəzet, informasiya agentliyi və portalları təmsil edən 36 jurnalist var
Media
23 Fevral , 2015 13:01
BANM-də Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi olan "Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi"nin iştirakçıları Bakı Ali Neft Məktəbində (BANM) olublar. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov KİV nümayəndələri olan iştirakçıları salamlayaraq onları görməkdən məmnun olduğunu bildirib. O, Bakı Ali Neft Məktəbinin yaranma tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verib.

Rektor Elmar Qasımov BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğulayıb: "Hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusu növbəti təhsil ilində istifadəyə veriləcək. Bu kampus Qafqaz regionunda ən böyük kampus olacaq. Tələbələrin təhsildə, müəllimlərin isə tədrisdə motivasiyasını artırmaq üçün kompleks tədbirlər həyata keçirilir, tədris prosesi istehsalatla sıx əlaqədədir. Biliklərin qiymətləndirilməsində tam şəffaf və obyektiv mühitin yaradılıb. BANM-də tədris prosesi müasir metodlarla təşkil edilir, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində işlər daha da sürətləndirilir".

Sonra Elmar Qasımov "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsinin iştirakçısı olan KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mətbuat Şurası ilə birgə reallaşdırdığı "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsi neft-qaz mövzuları üzrə ixtisaslaşmaq istəyən gənc jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Layihə Azərbaycan KİV-də enerji mövzularının işıqlandırılmasında keyfiyyətin yüksəldilməsi, gənc jurnalistlərin neft-qaz sektorunun müxtəlif sahələri və spesifik xüsusiyyətləri haqqında biliklərinin artırılmasına yardım göstərilməsi, ölkəmizin neft sənayesinin son illər ərzində qazandığı qlobal və regional əhəmiyyətli nailiyyətlər, habelə SOCAR-ın fəaliyyət istiqamətləri ilə onların daha yaxından tanış olmaları məqsədilə həyata keçirilir. İştirakçılar arasında ümumilikdə 22 KİV, o cümlədən televiziya, qəzet, informasiya agentliyi və portalları təmsil edən 36 jurnalist var.

Son xəbərlər

Orphus sistemi