Yuxarı

Bakıda keçiriləcək "Formula-1" yarışlarına AZƏRTAC-ın informasiya dəstəyi məsələsi müzakirə olunub

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Baku Grand Prix şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri ilə görüşüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanovla "Baku Grand Prix" şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarainin görüşü olub. "Report" xəbər verir ki, görüşdə Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-pri yarışlarının əhəmiyyəti, bu mühüm idman hadisəsinə hazırlıq işlərinin və turnirin geniş işıqlandırılmasında AZƏRTAC ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Baş direktor Aslan Aslanov son illərdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirləri, o cümlədən "Eurovision-2012" mahnı müsabiqəsini və I Avropa Oyunlarını geniş işıqlandıran AZƏRTAC-ın bu sahədə yaxşı təcrübə qazandığını, "Formula-1"in Bakı yarışlarının da təbliğinə xüsusi önəm verdiyini qeyd edib.

"Formula-1" Avropa Qran-pri yarışlarının Azərbaycanda təşkilinin əhəmiyyətini vurğulayan N. Arpadarai bu mühüm tədbirə hazırlıq işlərindən, turnirin ölkəmizdə və xaricdə təbliği istiqamətində nəzərdə tutulan tədbirlərdən, habelə bu sahədə AZƏRTAC ilə fəal əməkdaşlığın vacibliyindən danışıb.

O, I Avropa Oyunlarını yüksək səviyyədə işıqlandıran AZƏRTAC-ın "Formula-1" Avropa Qran-pri yarışlarını da geniş təbliğ edəcəyinə əminliyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi