Bakıda "Formula-1" yürüşünü işıqlandıran jurnalistlər üçün təlimlər keçirilir

Bakıda "Formula-1" yürüşünü işıqlandıran jurnalistlər üçün təlimlər keçirilir İkigünlük təlimlər məşhur britaniyalı media mütəxəssis və populyar rusiyalı idman şərhçisi tərəfindən aparılır
Media
24 Yanvar , 2017 10:05
Bakıda Formula-1 yürüşünü işıqlandıran jurnalistlər üçün təlimlər keçirilir

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Formula-1" yürüşlərini işıqlandıran jurnalistlər üçün "Sürətin nəbzini tut" adlı təlimlər keçirilir.

"Report" xəbər verir ki, təlimlərin məqsədi jurnalistlərin idman tədbirlərinin işıqlandırılması zamanı bilik və bacarıqlarının inkişaf etdirilməsi, jurnalistikada müasir texnologiyalardan istifadə bacarıqlarının artırılmasıdır.

İkigünlük təlimlər məşhur britaniyalı media mütəxəssis Den Meyson və populyar rusiyalı idman şərhçisi Aleksey Popov tərəfindən aparılır.

Təlimlərdə Azərbaycanın 20 aparıcı KİV-inin, o cümlədən "Report" agentliyinin əməkdaşı iştirak edir.

Son xəbərlər

Orphus sistemi