Yuxarı
    Bağlamaq

    Bakıda "Azərbaycanda jurnalist təşkilatlarının durumu və gələcək inkişaf meyilləri" mövzusunda konfrans başlayıb

    Tədbirdə media rəhbərləri mövzu ətrafında çıxış ediblər© Report.az

    Bakı. 30 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə "Azərbaycanda jurnalist təşkilatlarının durumu və gələcək inkişaf meyilləri" mövzusunda konfrans başlayıb. 

    "Report"un un xəbərinə görə, tədbirdə Jurnalistlərin Həmkar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, təşkilat jurnalistlərin iş yerlərində hüquqlarının daha yaxşı müdafiə edilməsi üçün çalışır. 

    Onun sözlərinə görə, bu istiqamətdə ciddi işlər aparılır: "Həmkar İttifaqının olması sahibkarların işinə mane olmur, əksinə stimul verir. Biz beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirik".

    Beynəlxalq Jurnalistlər Federasiyasının Layihələr Departameninin rəhbəri Adreian Collin qeyd edib ki, Cənubi Qafqazda əvvəllər jurnalistlərin hüquqları pozulurdu: "Bura təzyiqlər, işə götürənlər tərəfindən müqavilələrin bağlanılmaması, pensiyaların aşağı olması daxildir. Bu problemlərin həlli üçün siyasi iradə olmalıdır. Azərbaycanda qanunvericilik standartlara uyğundur, amma dövlət qurumları buna tam əməl etmirlər. Jurnalistlər bilmirlər, Həmkarlar İttifaqı onların hüquqlarını müdafiə edə bilər. Ona görə də təşkilat ciddi şəkildə işləməlidir. İş yerlərində əmək qanunvericiliyinə əməl edilməsinə ciddi nəzarət olmalıdır. Biz çalışırıq ki, jurnalistlər  əlverişli iş yerləri ilə təmin olunsunlar".

    Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycanda medianın durumundan danışıblar.

    Konfransda media rəhbərləri mövzu ətrafında çıxış ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi