“Azxeber.com” informasiya portalının 7 yaşı tamam olur

“Azxeber.com” informasiya portalının 7 yaşı tamam olur Saytın yaranma günüdür
Media
13 Aprel , 2017 16:27
“Azxeber.com” informasiya portalının 7 yaşı tamam olur

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün “Azxeber.com” informasiya portalının yaranma günüdür.

“Report”un xəbərinə görə, portalın 7 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən “Azxeber.com” həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır. Portalın “facebook” sosial şəbəkəsində 510 mindən, “instagram”da 50 mindən çox izləyicisi var.

“Azxeber.com” xəbər portalı Mətbuat Şurasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi