AzərTAc OANA-nın İcraiyyə Komitəsinin 38-ci iclasında iştirak edib

AzərTAc OANA-nın İcraiyyə Komitəsinin 38-ci iclasında iştirak edib İclasda Alyansın işinin fəallaşdırılması və onun veb-səhifəsinin təkmilləşdirilməsi barədə təkliflər verilib
Media
14 Fevral , 2015 17:56
AzərTAc OANA-nın İcraiyyə Komitəsinin 38-ci iclasında iştirak edib

Bakı. 14 fevral. REPORT.AZ/ Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Asiya və Sakit okean regionu Xəbər Agentlikləri alyansının (OANA) İcraiyyə Komitəsinin 38-ci iclası keçirilib.

"Report"un məlumatına görə, iclası OANA-nın sədri olan agentliyin səlahiyyətli nümayəndəsi kimi, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman açıb. İclasa ev sahibliyi edən BERNAMA agentliyinin baş meneceri Datuk Zülkefli Saleh təbrik nitqi ilə qonaqlara müraciət edib. OANA-nın hazırkı sədri, TASS agentliyinin baş direktoru Sergey Mixaylovun təbrik nitqinin mətni oxunub. Vyetnamın VNA xəbər agentliyi ilə Malayziyanın BERNAMA agentliyi, Anadolu agentliyi ilə BERNAMA, Koreyanın Yonhap agentliyi ilə OANA alyansı, FANA agentliyi ilə OANA alyansı arasında sazişlər imzalanıb.

Sonra iclas iştirakçıları müasir jurnalistikada sosial medianın rolu mövzusunda məruzələrlə çıxış edib, bu mövzuda canlı müzakirələrdə iştirak ediblər.

Alyansın işinin fəallaşdırılması və onun veb-səhifəsinin təkmilləşdirilməsi barədə təkliflər verilib.

OANA-nın İcraiyyə Komitəsinin növbəti, 39-cu iclasının bu il noyabr ayında Seulda keçirilməsi qərara alınıb.

İclasın işində AzərTAc-ı agentliyin Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov və Macarıstandakı xüsusi müxbiri Pərvanə Qarayeva təmsil ediblər.

Kuluarlarda 2016-cı ilin noyabr ayında Bakıda keçiriləcək Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi