Yuxarı

AZƏRTAC fotoaparatların, noutbukların, kompüterlərin satınalınması üçün sorğu keçirir

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 2019-cu ildə tələb olunan fotoaparatların, serverlərin, noutbukların, kompüterlərin, faks aparatlarının, printerlərin, skanerlərin, digər informasiya texnikaları və onların ehtiyat hissələrinin satınalınması üçün təkliflər sorğusu həyata keçirir.

“Report” xəbər verir ki, təkliflər sorğusunda iştirak etmək üçün sənədlər fevral 18-də 17:00-a qədər qəbul olunur.

İddiaçıların təklif zərfləri fevralın 19-u saat 11:00-da AZƏRTAC-ın inzibati binasında açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi