Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə misli görünməmiş sayda əcnəbi jurnalist dəvət edəcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə dövlət qurumu məlumat yayıb.
İyul ayının sonundan etibarən
Xarici ölkələri təmsil edən televiziya, onlayn və çap media nümayəndələri Gürcüstanın müxtəlif bölgələri, kurortları və turizm mərkəzlərinə baş çəkəcəklər, ölkənin turizm imkanları barədə reportaj və məqalələr hazırlayacaqlar.