Azərbaycanlı jurnalistlər Gürcüstanda regional akademiyada ixtisaslarını ödənişsiz artıra biləcəklər

Azərbaycanlı jurnalistlər Gürcüstanda regional akademiyada ixtisaslarını ödənişsiz artıra biləcəklər Tbilisi. 13 fevral. REPORT.AZ/ Gürcüstanda jurnalistlər üçün regional akademiya açılacaq.
Media
13 Fevral , 2019 13:18
Azərbaycanlı jurnalistlər Gürcüstanda regional akademiyada ixtisaslarını ödənişsiz artıra biləcəklər
0 : 00
0 : 00

Tbilisi. 13 fevral. REPORT.AZ/ Gürcüstanda jurnalistlər üçün regional akademiya açılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürüstanın Birinci kanalının baş direktoru Vasil Maqlaperidze bildirib.

O deyib ki, akademiya Birinci kanal və Avropa Yayım Birliyi (EBU) ilə əməkdaşlıq sayəsində yaradılacaq: “Jurnalistlər üçün akademiya daimi olaraq fəaliyyət göstərəcək. Akademiyada gürcü jurnalistlərlə yanaşı, Azərbaycan və Ermənistandan olan jurnalistlər üçün də treninqlər keçiriləcək. Təlimlər ödənişsiz olacaq”.

V.Maqlaperidze qeyd edib ki, akademiyanın yaradılması olduqca vacibdir: “Belə ki, bu gün həm texnologiya, həm də tədris çox bahadır. Akademiyada təxminən 50 tələbə hazırlanacaq ki, onların da 15-i Gürcüstandan olacaq”.

Akademiya bu ilin may ayından etibarən fəaliyyət göstərməyə başlayacaq. Proqram fəaliyyətdə olan jurnalistlər üçün nəzərdə tutulub. Akademiyada bir sıra beynəlxalq ekspertlər jurnalistlərin peşəkarlığının artırılmasına həsr olunmuş mühazirələr oxuyacaqlar. 

Son xəbərlər

Orphus sistemi