Azərbaycanın KİV nümayəndələrinə mükafatlar təqdim olunub

Azərbaycanın KİV nümayəndələrinə mükafatlar təqdim olunub Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib
Media
22 İyul , 2015 20:02
Azərbaycanın KİV nümayəndələrinə mükafatlar təqdim olunub

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film nümayiş olunub.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatlar təqdim olunub. Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Son xəbərlər

Orphus sistemi