Yuxarı
    Bağlamaq

    Azərbaycanın bir qrup jurnalisti Türkiyədə səfərdədir

    Proqrama əsasən, jurnalistlər Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşəcəklər

    Türkiyə, İstanbul. 19 iyun. REPORT.AZ/ Azərbaycanın müxtəlif KİV-lərini təmsil edən bir qrup jurnalist Türkiyədə səfərdədir.

    "Report"un əməkdaşı xəbər verir ki,  Türkiyə hökumətinin təşkilatçılığı ilə baş tutan səfərdə jurnalistlər İstanbul, Ankara və Qaziantep şəhərlərində olacaqlar.

    Belə ki, Ankarada Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsində (AFAD), Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım İnformasiya Baş İdarəsində (BYEGM) görüş keçiriləcək. Media təmsilçiləri daha sonra Suriyadan gələn qaçqınların yerləşdirildiyi qaçqın düşərgələri ilə tanış olacaqlar.

    Proqrama əsasən, jurnalistlər Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşəcəklər.

    İyunun 18-də başlayan səfər iyunun 24-də başa çatacaq.

    Qeyd edək ki, Türkiyə hökuməti, ümumilikdə, dünyanın 40-a yaxın media təmsilçisini ölkəyə dəvət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi