Azərbaycanda yeni televiziya kanalının yaradılması təklif olunur

Azərbaycanda yeni televiziya kanalının yaradılması təklif olunur Əflatun Amaşov: “Müəyyən məbləğlə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq televiziya kanalı yaradıla bilər”
Media
13 Noyabr , 2017 14:37
Azərbaycanda yeni televiziya kanalının yaradılması təklif olunur

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalanının yaradılması təklif olunur.

“Report”un xəbərinə görə, bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.

O bildirib ki, Azərbaycanda orduya xüsusi diqqət yetirilir: “Bu, təqdirəlayiqdir. Ordumuz istənilən an torpaqlarımızı işğaldan azad edə bilər. Amma beynəlxalq güclər buna imkan verərmi? Məsələ də budur. Ona görə da orduya göstərilən diqqətlə yanaşı, informasiya siyasətinə də diqqət artırılmalıdır. Müəyyən məbləğlə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq televiziya kanalı yaradıla bilər”.

Deputat onlayn medianın da dövlət büdcəsindən maliyyələşdirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi