Yuxarı

Azərbaycanda radioların inkişaf strategiyası hazırlanacaq

Azərbaycanda radionların inkişaf strategiyası hazırlanacaq

Azərbaycanda yayımlanan əksər radiostansiya rəhbərlərinin görüşü keçirilib. 

"Report" xəbər verir ki, yeni dövrün çağırışları müzakirə edilib. 

İlk növbədə radio verilişlərinin keyfiyyətli məzmunu, faydalılıq prinsipi, dilin normalarının qorunması, yayım məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə müasir dövrün digər tələb və qaydaları, reklam bazarının vəziyyəti də diqqət mərkəzində olub. Radioların “İnkişaf strategiyası”nın hazırlanmasına başlanılması qərara alınıb.

Planlar, mərhələli taktiki gedişlər ictimaiyyətə bəyan ediləcək.

Xatırladaq ki, hazırda ümumrespublika yayımda 13 radiostansiya var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi