Yuxarı
    Bağlamaq

    Azərbaycanda jurnalistlərin Ümumrespublika karnavalı təşkil olunub

    Tədbirdə 100-dən çox media təmsilçisi, dövlət qurumlarının mətbuat katibləri iştirak ediblər

    Bakı. 23 dekabr. REPORT.AZ/ Bakıda “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubunun (JK) yaranmasının 5 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il ilə bağlı Ümumrespublika karnavalı keçirilib.

    “Report” xəbər verir ki, Azərbaycanın 30-dək televiziya, informasiya agentliyi, qəzet və xəbər portalının 100-dən çox nümayəndəsinin qatıldığı karnavalda bir sıra dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri də iştirak ediblər.

    Tədbirdə keçirilən müsabiqələrin təqdimatı zamanı qalibə “Qarabağ” futbol klubunun geyimini komandanın kapitanı Rəşad Sadıqov təqdim edib. Karnaval boyu müsabiqələr keçirilib və müsabiqə qaliblərinə "Bakı Metropoliteni" QSC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, “ASAN Xidmət” Mərkəzinin, ABAD xidmətin, Azərbaycan Xalça Muzeyinin, “Unibank” Kommersiya Bankı, “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGT) tədbirdə dəstəkçi qismində iştirak edib.

    “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubu ölkədə media nümayəndələrinin işdənkənar asudə vaxtlarının təşkili, peşəkar sahədə fikir mübadilələrinin aparıldığı toplantıların keçirilməsi, Bakıda fəaliyyət göstərən jurnalistlərin ölkənin regionları ilə tanışlığının təmin edilməsi sahəsində fəaliyyət göstərən yeganə ictimai təşkilatdır. Təşkilatın həmtəsisçiləri - jurnalistlər Murad Əliyev, Mübariz Aslanov və Yelena Sidorenkodur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi