Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün təlimlər başlayır

Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün təlimlər başlayır Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində bir günlük təlim-seminarı keçirilib
Media
23 İyul , 2016 15:55
Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün təlimlər başlayır

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün "Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimləri" başlayır.

"Report"un məlumatına görə, iyulun 24-dən start götürəcək təlim tədbirini "Dinc Dünya" Araşdırma Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir. Tədbirə Azərbaycan Müdafiə Nazirliyi dəstək verir.

Layihə Azərbaycan Prezidentinin 24 sentyabr 2014-cü ildə verdiyi "Cəbhəyanı zonada bəzi təhlükəsizlik tədbirləri" barədə sərəncamına əsasən təşkil olunur.

Tədbirdə təhlükəli zonada işləmək peşəsi seçmiş jurnalistlərə hərbi hissənin gündəlik xidmət rejimi, hərbi təlm anlayışı, əsgərin döyüş hazırlığı dərsləri, hərbi həyatda baş verə bilən hadisələrin səbəbləri, tabelikdə olanların (komandir-əsgər), tabelikdə olmayanların (əsgər-əsgər) münasibətləri, nizamnamədənkənar davranışlar, mənfi liderlik anlayışı, və s. cinayət olaylarının səbəbləri mövzusunda təlim-mühazirələr aparılacaq.

Bu gün isə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində bir günlük təlim-seminarı keçirilib, KİV nümayəndələrinə, o cümlədən "Report" İnformasiya Agentliyinin iki əməkdaşına mətbuat üçün gödəkçələr təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi