Yuxarı
    Bağlamaq

    Azərbaycan Mətbuat Şurası mükafata layiq görülüb

    Kazanda Türk Dünyası Jurnalistləri Şurasının 2-ci toplantısı başlayıb

    Bakı. 27 may. REPORT.AZ/ Tatarıstanın paytaxtı Kazanda Türk Dünyası Jurnalistləri Şurasının 2-ci toplantısı başlayıb.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov toplantıya qatılıb.

    Tədbirdə "Anadolu" Agentliyi, TRT Avaz, TATMEDİA, Azərbaycan Mətbuat Şurası, Makedoniyada çıxan "Yeni Balkan" qəzeti, İngiltərədə fəaliyyət göstərən Avropa Media Qrupu, Türk Dünyası Gənc Əlaqələndiricilər Birliyinə "Türk Dünyası mətbuat mükafatı" təqdim edilib.

    İki gün sürəcək toplantıda "Tatarıstanın Türk Dünyasında geopolitik yeri", "Türk Dünyasında əlaqələrin inkişafı", "Türk Dünyası qəzetçilərinin seminarı" adı altında üç plenar iclas keçiriləcək. 

    Toplantıda dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanıb. Türk Dünyasının ortaq problemlərinə münasibətdə KİV-in səfərbəredici missiyasına nəzər salınıb.

    Konfrans çərçivəsində Tatarıstan Respublikasının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri ilə görüşlər də keçiriləcək.

    Yığıncağın sonunda Türk Dünyası jurnalistlərinin Kazan qətnaməsi qəbul ediləcək.

    Qeyd edək ki, Türk Dünyası Jurnalistləri Şurasının ilk toplantısı ötən il Türkiyənin Əskişəhər şəhərində keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi