Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparıb

    Jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı problem qeydə alınmayıb

    Bakı. 15 mart. REPORT.AZ/ Milli Şuranın bu gün "İnşaatçılar" metrostansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı hər hansı problem qeydə alınmayıb.

    "Report" quruma istinadən xəbər verir ki, aksiyada olan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.

    Bundan başqa MŞ-nin "qaynar xətt" rejimində fəaliyyət göstərən (012) 441 35 30 telefon nömrəsinə də hər hansı müraciət daxil olmayıb.

    Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işlıqlandıran jurnalistlərin heç də hamısının üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olmadığını qeydə alıb və bununla bağlı müvafiq tövsiyələrini veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi