Yuxarı
    Bağlamaq

    ANS-in sponsor şirkəti ilə məhkəmə çəkişməsi davam edir

    İşə mayın 12-də hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq

    Bakı. 9 may. REPORT.AZ/ ANS Yayım və Media Şirkəti ilə "Sharks" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında gedən məhkəmə çəkişməsi davam edir.

    "Report"un məlumatına görə, MMC yenidən Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

    Belə ki, MMC kassasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış müddətin üzrlü hesab edilməsi üçün apellyasiya şikayəti verib.

    İşə mayın 12-də hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, ANS-lə "Sharks" şirkəti arasında 2013-cü il avqustun 27-də ilk müqavilə bağlanıb. ANS 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sponsorluq haqqında müqaviləyə əsasən borcun tutulması iddiasını irəli sürüb.

    Prosesdə ANS-in hüquqi nümayəndəsi iddia edib ki, "Sharks" şirkəti onlara yalnız 2 müqavilənin pulunu ödəyib: "ANS-lə "Sharks" şirkəti arasında 2013-cü ildə 14 müqavilə imzalanıb. Müqaviləyə əsasən, ANS "Sharks" MMC-nin reklam məsullarını efirdə yerləşdirib. Həmin reklam çarxlarının qarşılığında şirkət ANS-ə yalnız 2 müqavilənin pulunu ödəyib. Onlar ANS-ə hissə-hissə - 1 279, 3 900, 700 və 2 036 manat vəsait ödəsə də, qalan pullar ödənilməyib. Biz "Sharks" şirkətinin qalan 34 900 manat pulu ödəməsini istəyirik".

    "Sharks" şirkətinin nümayəndəsi isə qarşı tərəfin iddiasını qəbul etməyib və MMC-nin ANS-ə borclu olmadığını bildirib: "Bu iddianı qəbul etmirik. Çünki hər iki şirkət arasında müqavilə bağlanan zaman "Sharks"ın rəhbəri Səadət Bağırovanın həm imzası, həm də şirkətin möhürü olmayıb. Müqavilədəki imza şirkət nümayəndəsi Rahilə Tağıyevanın imzasıdır".

    Məhkəmə iddianı qismən təmin edib. Şirkət həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şirkətin apellyasiya şikayətini təmin etməyib.

    Xatırladaq ki, "ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya ləğv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi