Yuxarı

ANS-in MTRŞ-ya qarşı təmin olunmayan məhkəmə iddialarının sayı 18-ə çatıb

Digər səkkiz iclas martın 9-na təyin edilib

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha doqquz inzibatı iddiasına baxılıb.

"Report"un məlumatına görə, hakim Aytən Əliyeva və Rauf Əhmədovun (ayrı-ayrı iclaslar) sədrliyi ilə keçirilən prosesdə ANS-in şikayətləri təmin edilməyib.

Məhkəmə MTRŞ-nın ANS-ə qarşı çıxardığı cərimə ilə bağlı qərarları qüvvədə saxlayıb. Bununla da ANS-in MTRŞ-ya qarşı qaldırdığı, lakin məhkəmə tərəfindən təmin edilməyən iddialarının sayı 18-ə çatıb.

Digər səkkiz iclas martın 9-na təyin edilib.

Xatırladaq ki, bu gün Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı doqquz inzibatı iddiasına baxılıb. Həmin proseslərdə də ANS Müstəqil Yayım və Media Şirkətinin şikayətləri təmin edilməyib. Məhkəmə MTRŞ-nın ANS-ə qarşı çıxardığı cərimə ilə bağlı qərarları qüvvədə saxlayıb.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 05 oktyabr 2015-ci il və 13 oktyabr 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. İyirmi altı şikayət üzrə Səbail Rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Səbail Rayon Məhkəməsi həmin işləri yenidən baxılması üçün MTRŞ-ya göndərib. Məhkəmə işlərin Milli Televiziya və Radio Şurasında yenidən baxılıb qərar qəbul etməsini istəyib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı əvvəlki qərarları qəbul edib. Daha sonra ANS yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi