Yuxarı
    Bağlamaq

    ​ANS-in MTRŞ-ya qarşı iddiası üzrə məhkəmə iclasının tarixi açıqlanıb

    Məhkəmənin ilkin baxış iclası noyabrın 5-nə təyin edilib

    Bakı. 1 noyabr. REPORT.AZ/ “ANS Yayım və Media Şirkəti”nin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətinin baxılacağı tarix açıqlanıb.

    “Report”un xəbərinə görə, məhkəmənin iclası noyabrın 5-nə təyin edilib.

    Qeyd edək ki, “ANS Yayım və Media Şirkəti” MTRŞ-nın ANS TV barədə qərarının ləğv edilməsi barədə iddia irəli sürüb.

    Xatırladaq ki, MTRŞ-nın sentyabrın 30-da keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. MTRŞ-nın qərarında qeyd edilib ki, ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”və “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq yayımın 5 oktyabr 2015-ci il tarixdən etibarən bir ay müddətinə dayandırılsın.

    ANS MTRŞ-nın müvafiq qərarının ləğv edilməsini istəyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi