ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib

ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib İşə yaxın günlərdə baxılacaq
Media
13 Oktyabr , 2016 18:02
ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ "ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan apellyasiya şikayəti verib.

Bunu "Report"a ANS-in vəkili Sevda Məhərrəmova bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM-ə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Daha sonra ANS ÇM məhkəməyə müraciət edib. Şirkət ANS ÇM-in lisenziyasının ləğv edilməsi ilə bağlı qərarın ləğv olunmasını və MTRŞ-dan 1 milyon manat tələb edir.

"ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurası MTRŞ tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Qərara əsasən, ANS-in iddiası və ərizəsi təmin edilməyib. 

Son xəbərlər

Orphus sistemi