Yuxarı
    Bağlamaq

    ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı apellyasiya şikayətinə baxılıb

    1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından şikayətə isə noyabrın 15-də baxılacaq

    Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardadlarla verilən apellyasiya şikayətlərinə baxılıb.

    "Report"un məlumatına görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçrilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, ANS-in apellyasiya şikayətləri təmin edilməyib.

    1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə isə noyabrın 15-də baxılacaq.

    Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM-ə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Daha sonra ANS ÇM məhkəməyə müraciət edib. Şirkət ANS ÇM-in lisenziyasının ləğv edilməsi ilə bağlı qərarın ləğv olunmasını və MTRŞ-dan 1 milyon manat tələb edir.

    "ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurası MTRŞ tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Qərara əsasən, ANS-in iddiası və ərizəsi təmin edilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi