Xarici ölkələrin bir qrup media nümayəndələri Gəncə şəhərində səfərdədir

Xarici ölkələrin bir qrup media nümayəndələri Gəncə şəhərində səfərdədir Xarici ölkələrin bir qrup media nümayəndələri Gəncə şəhərində səfərdədir.
Media
5 Oktyabr , 2022 10:18
Xarici ölkələrin bir qrup media nümayəndələri Gəncə şəhərində səfərdədir

Xarici ölkələrin bir qrup media nümayəndələri Gəncə şəhərində səfərdədir.

"Report"un Qərb bürosunun məlumatına görə, Türkiyə, Xorvatiya, İordaniya, Monteneqro və Serbiyadan olan bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri Gəncə şəhərinə gəliblər.

Onlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər.

Qonaqlar erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.

Burada onlara həmin hadisə barədə məlumatlar verilib.

Son xəbərlər

Orphus sistemi