Tarixçi Natiq Məmmədzadə: “Artsax” Albaniyanın tarixi bölgələrindən biri olub”

Tarixçi Natiq Məmmədzadə: “Artsax” Albaniyanın tarixi bölgələrindən biri olub” “Artsax” Albaniyanın tarixi bölgələrindən biri olub və ermənilərlə heç bir əlaqəsi yoxdur”.
Media
31 Mart , 2023 16:51
Tarixçi Natiq Məmmədzadə: “Artsax” Albaniyanın tarixi bölgələrindən biri olub”

“Artsax” Albaniyanın tarixi bölgələrindən biri olub və ermənilərlə heç bir əlaqəsi yoxdur”.

"Report" xəbər verir ki, bunu tarixçi, siyasi şərhçi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi Natiq Məmmədzadə “Danışaq?” verilişində Həmid Həmidovun suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu sözün mənşəyi ilə bağlı bir neçə versiya var.

"Ən inandırıcı variant "Artsax" sözünün əvvəllər "Ərsak" formasında işlənməsidir. Burada "sak" sözü skiflər deməkdir. Bu söz toponimlərin adında da olmaqla çox geniş istifadə olunub", - o deyib.

Qonaq azərbaycanlıların etnik kimliyi, rus bölməsində təhsil, ermənilər və haylar, Tbilisi, İran, Cənubi Azərbaycan, Ukraynadakı müharibə və digər mövzularda sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi