"Reuters" agentliyi əməkdaşlarının 12%-ni işdən çıxaracaq

Media
  • 05 dekabr, 2018
  • 07:49
Reuters agentliyi əməkdaşlarının 12%-ni işdən çıxaracaq
Canadian HR Reporter

Bakı. 5 dekabr. REPORT.AZ/ "Thomson Reuters" İnformasiya Agentliyi xərcləri azaltmaq məqsədi ilə 2020-ci ilə qədər, təqribən, 3,2 min əməkdaşını və ya qlobal ştatın 12%-ni işdən çıxarmağı planlaşdırır.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Şirkət təmsilçiləri investorlar üçün təqdimat zamanı şirkətin ofislərinin sayını da 185-dən 133-ə qədər azaldacaqlarını bildiriblər.

Bu tədbirlərin əldə olunan gəlirdən kapital qoyuluşuna ayrılan payın cari 10%-dən 7-8%-ə azaltmağa kömək edəcəyi gözlənilir. 

44 filmi