Bakı. 6 noyabr. REPORT.AZ/ "İnsanları daha çox narahat edən məsələlərdən biri, efirdə rəsmi dövlət dili olan Azərbaycan dilinin leksik və qrammatik normalarının aparıcılar tərəfindən tez-tez, həm də kobud surətdə pozulmasıdır".
“Report” xəbər verir ki, bunu
"Bu sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hələ 2012-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Elektron Mediyaya Yardım Fondu İctimai Birliyinin layihələri əsasında davamlı olaraq teleradio yayımçılarının monitorinqləri aparılmış, Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun dilçilik kafedralarının əməkdaşları tərəfindən aşkar edilmiş pozuntu faktları medianın iştirakı ilə Teleradio Şurası tərəfindən geniş müzakirə olunmuşdur. Ədalət naminə deməliyik ki, bütün bunların nəticəsi olaraq efirdə Azərbaycan dilinin leksik və qrammatik normalarına əməl olunması istiqamətində hissolunacaq dərəcədə irəliləyişə nail olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidenti cənab
MTRŞ rəsmisinin sözlərinə görə, "Prezident fərmanında dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında “Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması nəzərdə tutulur. Bu fərman bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan dövləti Azərbaycan xalqının arzu və istəklərinə uyğun olaraq çoxəsrlik tarixi olan milli-mənəvi dəyərlərimizin, o cümlədən milli sərvətimiz olan dilimizin saflığının qorunması və dövlət dilindən istifadənin getdikcə daha artıq təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar artmaqdadır. Təbiidir ki, cənab Prezidentin təşəbbüsü ilə görülən bu işlər bütövlükdə Azərbaycan ictimaiyyəti tərəfindən minnətdarlıq hissi ilə qarşılanmaqdadır".