I Özbəkistan-Azərbaycan Media Forumu çərçivəsində Özbəkistanda səfərdə olan Azərbaycan nümayəndə heyəti “Zo'r" TV kanalında olub.
Bu barədə "Report"a MEDİA-dan məlumat verilib.
Əvvəlcə forum iştirakçıları "Zo'r" TV kanalında yaradılan şərait, buradakı infastruktur və texniki imkanlarla tanış olub, onlara sözügedən televiziyanın fəaliyyəti, həmçinin kanalın yayım keyfiyyətini yüksəltmək üçün tətbiq edilən müasir avadanlıqlar və bu texnologiyaların effektiv istifadəsi ilə bağlı ətraflı məlumat verilib.
Daha sonra "Zo'r" TV kanalında fəaliyyət göstərən radiolar və onların yayımı ilə tanışlıq olub.
Nümayəndə heyəti "Zo'r" TV-nin rəhbərliyi ilə keçirilən görüşdə hər iki ölkənin televiziya kanalları arasında perspektiv əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsi məsələlərini müzakirə edib, gələcəkdə birgə layihələrin icrası və qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.