MTRŞ "Space" TV-nin əcnəbi aparıcısı ilə bağlı məsələyə münasibət bildirib

MTRŞ "Space" TV-nin əcnəbi aparıcısı ilə bağlı məsələyə münasibət bildirib Təvəkkül Dadaşov: "İyulun 20-dən aparıcı başqası ilə əvəz edilib"
Media
21 İyul , 2016 16:03
MTRŞ Space TV-nin əcnəbi aparıcısı ilə bağlı məsələyə münasibət bildirib

Bakı. 21 iyul. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) "Space" TV-nin efirində hava haqqında məlumatı təqdim edən əcnəbi aparıcının Azərbaycan dilinin qaydlarını pozması məsələsinə münasibət bildirib.

Şuranın şöbə müdiri Təvəkkül Dadaşov "Report"un sorğusuna cavab olaraq bildirib ki, bir müddət əvvəl "Space" TV-nin efirnə çıxarılmış əcnəbi aparıcı iyulun 20-dən başqası ilə əvəz edilib. 

O deyib ki, "Azərbaycan ərazisində teleradio yayımı sahəsində Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar”ın tələblərinə görə, teleradio aparıcıları tərəfindən sözlərin tələffüz formasının dəyişdirilməsi və ədəbi dilin normalarına etinasızlıq göstərilməsi yolverilməzdir: "Həmçinin həmin qaydalara görə, səlis, aydın və mükəmməl nitqə malik aparıcıların seçilməsi və işə qəbul olunması televiziya və radio yayımçılarının səlahiyyətinə aid olduğundan aparıcıların efir məsuliyyəti də bilavasitə yayımçıların məsuliyyəti kimi dəyərləndirilməlidir".

T.Dadaşov qeyd edib ki, "Space" televiziyasının efirinə çıxarılan aparıcının nitqində müəyyən qüsurlar var. Şöbə müdiri vurğulayıb ki, həmin aparıcının nitqini təkmilləşdirərək efirə çıxmasında heç bir problem yoxdur və kanalın qanunvericiliyin tələblərini pozmadan fərqli eksperimentlərdən istifadə etməsi normaldır. 

Son xəbərlər

Orphus sistemi