​MTRŞ bayram tətili günlərində də verilişlərin monitorinqini aparacaq

​MTRŞ bayram tətili günlərində də verilişlərin monitorinqini aparacaq Şöbə müdiri: "Bütün verilişlər avtomatik olaraq yazılır"
Media
16 Mart , 2016 14:41
​MTRŞ bayram tətili günlərində də verilişlərin monitorinqini aparacaq

Bakı. 16 mart. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) bayram tətili zamanı yayımlanan teleradio verilişlərinin monitorinqini aparmaq məqsədilə həmin günlərdə efirə gedəcək olan verilişlərin audio və video yazılışlarını həyata keçirəcək.

Bu barədə "Report"a MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, qurum tərəfindən quraşdırılan müasir texniki avadanlıqlar insan faktoru olmadan verilişlərin avtomatik yazılışını həyata keçirməyə imkan verir: "Milli Televiziya və Radio Şurası tərəfindən quraşdırılan texniki avadanlıqlar vasitəsilə bütün verilişlərin insan faktoru olmadan avtomatik audio və video yazılışı həyata keçirilir. Bu, bizə həmin verilişlərin geniş təhlilini aparmağa imkan verir".

T.Dadaşov onu da bildirib ki, son bir neçə bayram tətili günlərində teleradiolar tərəfindən qanun pozuntularına yol vermə halları azalıb. Onun sözlərinə görə, bu hal televiziyaların qanunlara əməl etmək vərdişinin formalaşdığını göstərir.  

Son xəbərlər

Orphus sistemi