Bakı. 26 oktyabr. REPORT.AZ/ "Mən sosial şəbəkələr, anonimlik və məsuliyyətsizlik səbəbindən onların insanların ağıllarına təsiri ilə əlaqədar böyük problemlər olacağını proqnozlaşdırıram".
"Report" xəbər verir ki, bunu Rusiyanın TASS İnformasiya Agentliyinin direktor müavini Mixail Qusman VI Bakı Beynəlxalq Humanitar Forumun "İnformasiya müharibələri dezinteqrasiyanın aləti kimi" mövzusunda panel sessiyasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdən alətlər kimi müxtəlif qruplaşmalar, o cümlədən terror qruplaşmaları da istifadə edə bilərlər.
"Bəşəriyyət sosial şəbəkələrdə davranış qaydalarına dair razılığa gələ bilməyincə,- bu isə çox çətindir,- sosial şəbəkələrin təhlükəsi mövcuddur", - M.Qusman bildirib.
O diqqətə çatdırıb ki, sosial şəbəkələr sayəsində hər gün yüzlərlə informasiya axını olur: "Sosial şəbəkələr narkotik kimi olub, qorxunc xəstəlikdir. Dəqiqlik, etibarlılıq, məlumatların yoxlanılması insanları saxta xəbərlərdən qorumağın zəmanətidir".