Milli QHT Forumunda mətbuatın 140 illiyi ilə bağlı tədbir keçirilib

Media
  • 16 iyul, 2015
  • 12:41
Milli QHT Forumunda mətbuatın 140 illiyi ilə bağlı tədbir keçirilib

Bakı. 16 iyul. REPORT.AZ/ Milli Qeyri-Hökumət Təşkilatları Forumu Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirib. 

"Report"un məlumatına görə, tədbirdə forumun prezidenti Rauf Zeyni mətbuatın tarixindən danışıb. O qeyd edib ki, ölkədə vətəndaş cəmiyyətinə, xüsusilə də mətbuat sahəsinə yüksək diqqət göstərilir. Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu da Azərbaycan mətbuatının fəaliyyətindən bəhs edib.

Sonra jurnalistlərə təşəkkürnamələr təqdim edilib.