​Mətbuat Şurasının sədri “Report” İnformasiya Agentliyində olub

​Mətbuat Şurasının sədri “Report” İnformasiya Agentliyində olub Əflatun Amaşov agentliyin baş redaktoru Murad Əliyevlə görüşüb
Media
18 Fevral , 2015 15:02
​Mətbuat Şurasının sədri “Report” İnformasiya Agentliyində olub

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Report” İnformasiya Agentliyinin qonağı olub.

“Report”un məlumatına görə, Şura sədri agentliyin yaradıcı heyəti ilə tanış olub, müxtəlif sahələr üzrə fəaliyyət göstərən jurnalistlərlə geniş fikir mübadiləsi aparıb. Əflatun Amaşov bildirib ki, redaksiya kollektivi ilə görüş həm də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Prezidentinin 24 sentyabr 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin reallaşdırılması məqsədini daşıyır. O deyib ki, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işi daim diqqət mərkəzindədir.

Sonra Ə.Amaşov agentliyin redaktor heyəti ilə görüşüb. Görüşdə ölkə mətbuatının durumu, ölkədaxili və xarici vəziyyət müzakirə edilib. Şura sədri öz təklif və tövsiyələrini verib. Agentliyin baş redaktoru Murad Əliyev öz növbəsində bildirib ki, “Report”un fəaliyyətində agentliyin hazırladığı məlumatların dəqiqliyi, etibarlılığı əsas götürülür.

Ə.Amaşov agentliyin fəaliyyətinə uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi