"Lider" televiziyasının rəhbərliyi MTRŞ-ya çağırılıb

"Lider" televiziyasının rəhbərliyi MTRŞ-ya çağırılıb "Çıxış yolu" verilişi bağlanıb
Media
16 Dekabr , 2016 17:36
Lider televiziyasının rəhbərliyi MTRŞ-ya çağırılıb

Bakı 16 dekabr. REPORT.AZ/ ""Lider" televiziyasında yayımlanan "Çıxış yolu" verilişi bağlanıb".

Bunu "Report"a Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, "Lider" televiziyasının rəhbərliyi şuraya dəvət edilib: "Bu gün televiziyanın rəhbəri şuraya dəvət eilib və verilişlə bağlı müzakirə aparılıb. TV rəhbərliyi həmin verilişi bağladığıqlarını dedi".

MTRŞ-nın bu cür halları qətiyyətlə pislədiyini deyən T.Məmmədov şuranın efirdə problemli insanlar üzərindən şouların yaradılmasına qarşı bundan sonra da mübarizə aparacağını deyib: "Şura efir və səhnə mədəniyyətinə, etik normalara əməl olunmasına ciddi nəzarət edir".

Qeyd edək ki, "Lider" televiziyasının efirində yayımlanan "Çıxış yolu" verlişinin sonuncu buraxılışında nalayiq ifadələrdən istifadə olunub, söyüş söyülüb. 

Son xəbərlər

Orphus sistemi