​Kiyevdə azərbaycanlıları Ukrayna ədəbiyyatı ilə tanış edəcək jurnal təqdim olunub

​Kiyevdə azərbaycanlıları Ukrayna ədəbiyyatı ilə tanış edəcək jurnal təqdim olunub Jurnalı deputat S.Taruta və Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli təqdim edib
Media
17 Yanvar , 2015 00:10
​Kiyevdə azərbaycanlıları Ukrayna ədəbiyyatı ilə tanış edəcək jurnal təqdim olunub

Bakı. 17 yanvar. REPORT.AZ/ Yanvarın 16-da Ukraynanın Taras Şevçenko adına Milli Muzeyində "Vselennaya" ("Kainat") jurnalının xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, nəşr, Ukrayna Ali Radasının deputatı Sergey Tarutanın dəstəyi ilə dərc olunur və azərbaycanlıları Ukrayna klassik və müasir ədəbi prosesləri ilə tanış etmək üçün nəzərdə tutulub.

Təqdimat Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin iştirakı ilə baş tutub. Tədbirdə, həmçinin deputat Sergey Taruta, Azərbaycanın əməkdar artisti Rafiq Həşimov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin böyük məsləhətçisi Aslan Cəfərov, ictimai və siyasi xadim Burzu Əliyev, Azərbaycan diasporunun lideri Rövşən Tağıyev, "Dünya ədəbiyyatı" jurnalının redaktoru Seyfəddin Səfərov və başqaları iştirak ediblər.

Tədbir cari ilin 25-30 yanvar tarixlərində Bakıda keçiriləcək "Azərbaycan-Ukrayna ədəbi görüşləri"nə hazırlıq xarakteri daşıyıb.

Jurnalı deputat S.Taruta və Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli təqdim edib.

Son xəbərlər

Orphus sistemi