Psixoloq gənc jurnalistlərə: "İnsanın diqqətini saxlamaq üçün cəmi 5 dəqiqə vaxtımız var"

Psixoloq gənc jurnalistlərə: "İnsanın diqqətini saxlamaq üçün cəmi 5 dəqiqə vaxtımız var" Psixoloq Xanım Kamran Report Media Məktəbinin tələbələri ilə görüşə gəlib.
Media
30 Dekabr , 2019 15:49
Psixoloq gənc jurnalistlərə: İnsanın diqqətini saxlamaq üçün cəmi 5 dəqiqə vaxtımız var

Psixoloq Xanım Kamran Report Media Məktəbinin tələbələri ilə görüşə gəlib.

Psixoloq gənc jurnalistlərə qarşı tərəflə müsbət ünsiyyət qurmağın əhəmiyyətli olduğunu vurğulayıb: “Hazırkı dövrdə söhbət aparacağımız insanın diqqətini saxlamaq üçün cəmi 5 dəqiqə vaxtımız var. Sizə çay və qəhvə təklif olunmayıbsa, deməli, bu insanın sizə marağı yoxdur. Ya işi var, ya tələsir. Tanımadığımız insana nə bildirməliyik? Əlbəttə, nəzakətli olmalı, salamlaşıb xoş sözlər deməliyik. Daha sonra birbaşa mövzuya keçmək lazımdır. Hansı problemi işıqlandırmağı düşünürsüzsə, elə birbaşa ondan danışmaq, müsahibi mövzuya fokuslamaq lazımdır”.

Xanım Kamran müsahibəyə gedən jurnalistin geyiminin rənginin də əhəmiyyətli olduğunu qeyd edib: “Ağ rəng açıqlığı ifadə edir, yəni mən sənə hər məsələdə yardım etməyə hazıram. Qara rəng isə bizim sözümüzə tam olduğumuzu, tutduğumuz mövqedən heç zaman dönməyəcəyimizi ifadə edir. Qara rəngdən, çalışın, müsahibədə istifadə etməyin. Görüşdə ən uyğun rəng qəhvəyidir. Qırmızı, sarı, yaşıl rənglər də qarşı tərəfdə qıcıq doğura bilər. Daha münasib rənglərdən göy və bənövşəyi rəngi məsləhət bilərdim”. 

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Bu müddətdə bir neçə buraxılış olub, Report Media Məktəbini uğurla bitirən məzunlara sertifikat təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi