Həştərxanda Xəzəryanı ölkələrin jurnalistləri üçün təlim keçirilib

Həştərxanda Xəzəryanı ölkələrin jurnalistləri üçün təlim keçirilib Həştərxanda Xəzər regionundan olan ölkələrin jurnalistləri üçün Böyük Qələbənin 75 illiyinə doğru adlı media təlimi keçirilib.
Media
1 Noyabr , 2019 16:54
Həştərxanda Xəzəryanı ölkələrin jurnalistləri üçün təlim keçirilib

Həştərxanda Xəzər regionundan olan ölkələrin jurnalistləri üçün "Böyük Qələbənin 75 illiyinə doğru" adlı media təlimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan, Qazaxıstan və Rusiyadan olan jurnalistlərin iştirak etdiyi media təlimi "Şimal-Cənub" Politologiya Mərkəzi tərəfindən təşkil olunub.

Media təlim proqramına “Kütləvi şüura medianın təsiri: tarixin təfsirinin etik aspektləri”, “Müasir medianın gələcəyi: məzmun və texnologiyalar”, “75 illik yubiley ərəfəsində Qələbə barədə xatirələrin real və xəyali təcrübələri” və s. kimi mövzular daxil edilib.

Təlim çərçivəsində adları çəkilən ölkələrdən olan mütəxəssislər tərəfindən bir sıra ustad dərsləri və treninqlər təşkil edilib.

Həştərxan Dövlət Universitetində təşkil edilən tədbirdə Bakı Slavyan Universitetinin professoru, Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova "Böyük Vətən Müharibəsinin saxtalaşdırılmasına qarşı PR texnologiyaları" mövzusunda təlim keçib.

Tədbirin sonunda Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və onun adını daşıyan məktəbi ziyarət edib.

Son xəbərlər

Orphus sistemi