“Gürcü Arzusu” Temur Abazovun namizədliyi ilə bağlı təkzib verdi

Media
  • 23 iyul, 2020
  • 09:57
“Gürcü Arzusu” Temur Abazovun namizədliyi ilə bağlı təkzib verdi

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Marneulinin sabiq meri Temur Abazovun proporsional seçki siyahısına daxil edilməsi barədə yayılan məlumatı təkzib edib.  

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə partiya fraksiyasının rəhbəri Rati İonatamişvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ gündəmə çıxarılmayıb: “Dəqiq deyə bilərəm ki, bu məsələ müzakirə olunmayıb və olunmayacaq”.

Qeyd edək ki, T.Abazov yerli mətbuata açıqlamasında partiyanın proporsional sistem üzrə deputatlığıa namizədlər siyahısında yer alacağını bildirib. 

 

44 filmi