Fərid Qayıbov: “Azərbaycanda olimpiya idman növlərinin inkişafına xüsusi diqqət yetirilir”

Fərid Qayıbov: “Azərbaycanda olimpiya idman növlərinin inkişafına xüsusi diqqət yetirilir” “Azərbaycanda olimpiya idman növlərinin inkişafına xüsusi diqqət yetirilir”.
Media
20 Dekabr , 2022 18:59
Fərid Qayıbov: “Azərbaycanda olimpiya idman növlərinin inkişafına xüsusi diqqət yetirilir”
Fərid Qayıbov

“Azərbaycanda olimpiya idman növlərinin inkişafına xüsusi diqqət yetirilir”.

“Report” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “Danışaq?” podkastında Həmid Həmidova müsahibəsində deyib.

Nazir bildirib ki, ölkədə 20-dən bir qədər çox olimpiya idman növü var, həmçinin bir çox federasiyalar fəaliyyət göstərir: “Onlar müəyyən edilmiş tələblərə və standartlara cavab vermədikdə isə nazirlik saylarını azaldır”.

Onun sözlərinə görə, bu il ölkədə iki dəfə açıq suda üzmə yarışları keçirilib - Xəzər dənizində və Kür çayında.

Qonaq nazir vəzifəsinə təyin olunması ilə bağlı sualları da cavablandırıb. Müsahibə zamanı nazirliyin yeni loqosu, ölkədəki idman kompleksləri, idmançıların milliləşdirilməsi, Azərbaycanda komanda idman növləri ilə bağlı vəziyyət, Azərbaycan futbolu, gimnastikası və digər mövzular barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi