Ekspert: “Azərbaycan söz azadlığı baxımından ən demokratik ölkələrdən biridir”

Ekspert: “Azərbaycan söz azadlığı baxımından ən demokratik ölkələrdən biridir” “Azərbaycan söz və mətbuat azadlığı baxımından Xəzəryanı dövlətlər arasında ən demokratik ölkələrdən biri sayıla bilər”.
Media
9 Sentyabr , 2022 13:16
Ekspert: “Azərbaycan söz azadlığı baxımından ən demokratik ölkələrdən biridir”

“Azərbaycan söz və mətbuat azadlığı baxımından Xəzəryanı dövlətlər arasında ən demokratik ölkələrdən biri sayıla bilər”.

“Report” xəbər verir ki, bunu diplomat, MDB və Xəzər regionunun problemləri üzrə mütəxəssis, jurnalist və hüquq müdafiəçisi Kamiljan Kalandarov Həştərxanda keçirilən "Xəzər Mediası. Gəncliyin ölçüsü" adlı Xəzər Media Forumu zamanı bildirib.

O, ümumilikdə Azərbaycanda jurnalistikanın inkişafını yüksək qiymətləndirərək, ölkədə 3500-dən çox nəşrin olduğunu vurğulayıb. Dünyada jurnalistika sahəsində problemlərdən bəhs edən K.Kalandarov əlavə edib ki, biznes jurnalistikası sahəsində xüsusi problemlər müşahidə olunur.

Onun sözlərinə görə, bu konkret sahəyə böyük tələbat var: “Buna görə də təkcə məlumatların ötürülməsi deyil, həm də düzgün təhlil tələb olunur, çünki bunun əsasında hökumət qərar qəbul edə bilər”.

Azərbaycanın Rus İcması sədrinin müavini, politoloq Anastasiya Lavrina isə deyib ki, Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə - siyasi, iqtisadi, mədəni və digər sahələrdə çox sıx əməkdaşlığına baxmayaraq, biznes jurnalistikası sahəsində media nümayəndələri arasında əlaqələr zəif qurulub.

A.Lavrina vurğulayıb ki, bu sahəyə diqqət yetirilməli və Xəzəryanı dövlətlərin biznes jurnalistikası sahəsində informasiya mübadiləsi üçün platforma yaratmaq lazımdır: “İndi bu, xüsusilə vacibdir, çünki Xəzər regionunda siyasi vəziyyət dəyişir”.

O, Qarabağ münaqişəsinin həll olunduğunu və bununla bağlı yeni imkanların açıldığını xatırladıb: “Zəngəzur dəhlizinin açılması istiqamətində işlər aparılır. Bu da bütün dövlətlər üçün faydalıdır. Buna görə də belə bir platformanın yaradılması və əlaqələrin qurulması bütün ölkələrdən olan ekspertlərə çıxış təmin edəcək”.

“Xəzər” kanalının teleaparıcısı Aytən Səfərova isə jurnalistin fəaliyyəti ilə yadda qalmasının əhəmiyyətli olduğunu söyləyib.

Forumda MDB Parlamentlərarası Assambleyası Şurası Baş katibinin müavini, “InterProtocol”un təsisçisi Nadejda Seryakova və digər şəxslər çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi