“Parabüzən” qısametrajlı sənədli filmi kimi ekran işlərinin Birinci Qarabağ müharibəsinin dəhşətlərinin beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından xarici dillərə tərcümə olunaraq nümayiş etdirilməsinə böyük ehtiyac var".
“Report” xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Parabüzən” filminin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, filmi xarici dillərə tərcümə edib sosial şəbəkələrdə yayaraq beynəlxalq ictimaiyyətə çatdırmaq vacib addım olardı:
"Azərbaycan mediası da məhz bu nümunələrdən istifadə edib, belə hekayələri tapıb onları daha geniş işıqlandırmaqla beynəlxalq ictimaiyyətə çatdırsa, məncə, Azərbaycanın haqq səsini dünyaya çatdırmış olar. Mediamız həmin dövrdə ölkə reallıqlarını Azərbaycan daxilində, eləcə də beynəlxalq arenada tanıtdırma missiyasını yerinə yetirdiyi kimi, bu gün də məhz “Global Media Group”un dəstəyi ilə filmin ərsəyə gəlməsi bu missiyanı şərəflə davam etdirmiş oldu. Düşünürük ki, belə hekayələrlə erməni vandallığının beynəlxalq ictimaiyyətə çatdırılmasına böyük ehtiyacımız var. İnanıram ki, bu kimi layihələr davamlı olacaq".
MEDİA İcraçı direktoru öz çıxışında Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı azad edən ordumuza minnətdarlığını bildirib:
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".
Qeyd edək ki, 1993-cü il martın 31-dən mayın 23-dək erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı çəkilən “Parabüzən” qısametrajlı sənədli filminin təqdimatı olub. Kadrlar 19 nəfərin mühasirəyə düşdüyü yer - Kəlbəcərin Çaykənd kəndi, mühasirədə qaldıqları ərazi - Laçının Oğuldərə kəndi və mühasirəni yardıqları yer - Laçının Güləbird kəndində lentə alınıb. Filmdə mühasirəyə düşənlərin 54 gün ərzində düşməndən necə gizlənməsi, mühasirədən hansı yolla çıxmasından bəhs olunur.