Əhməd İsmayılov: “Media haqqında” yeni qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir"

Əhməd İsmayılov: “Media haqqında” yeni qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir" "Hazırda layihənin işçi qrupda müzakirəsi davam etdirilir"
Media
221
9 Aprel , 2021 10:01
Əhməd İsmayılov: “Media haqqında” yeni qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir
Əhməd İsmayılov
0 : 00
0 : 00

"Cənab Prezidentin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq, “Media haqqında” yeni qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir".

Bunu "Report"a açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

"Hazırda layihənin işçi qrupda müzakirəsi davam etdirilir. Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin həmin layihədə nəzərdə tutulması prosesi davam etdirilməkdədir. Bu proses qısa bir zamanda yekunlaşandan sonra qanun layihəsinin yekun variantı təqdim olunacaq", - o bildirib.

Son xəbərlər

Orphus sistemi