Bakı. 24 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə dövlət qulluqçuları və jurnalistlər arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
“Report” xəbər verir ki, oyun 6:6 hesabı ilə başa çatıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev bildirib ki, ənənəvi olaraq belə futbol yarışları təşkil edilir: “Bilirsiniz ki, ölkə başçısı
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı deyib ki, Prezident İlham Əliyev hər zaman doğum günlərini sadə insanlar arasında keçirib: “Biz də sadə bir yolla Prezidentimizi təbrik etmək istədik. Onun Azərbaycanın inkişafı naminə gələcək işlərində uğurlar arzulayırıq. Bununla həm də bildirmək istəyirik ki, jurnalist olaraq hər zaman Prezidentimizin yanındayıq”.
Oyunun nəticələri haqqında danışan E.Eyvazlı deyib ki, AFFA-nın hakiminin idarə etdiyi qarşılaşma yüksək səviyyədə keçib: “Olduqca maraqlı bir oyun izlədik. Düşünürəm ki, hər iki komanda izləyənlər üçün maraqlı oyun sərgiləyə bildi”.