“Danışaq?” layihəsinin növbəti qonağı Bakı Abadlıq Xidmətinin memarı Rüfət Quliyev olub

“Danışaq?” layihəsinin növbəti qonağı Bakı Abadlıq Xidmətinin memarı Rüfət Quliyev olub Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.
Media
19 İyul , 2024 17:21
“Danışaq?” layihəsinin növbəti qonağı Bakı Abadlıq Xidmətinin memarı Rüfət Quliyev olub

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.

“Report” xəbər verir ki, podkastın qonağı Bakı Abadlıq Xidmətinin memarı Rüfət Quliyev olub.

Rüfət Quliyev paytaxtın memarlıq görkəminə cavabdeh olan “Bakı Abadlıq”ın fəaliyyəti, strukturu və rəhbərliyindən danışıb.

Müsahibədə yenidənqurma və bərpa arasındakı fərqlərə xüsusi diqqət yetirilib. Memar bərpaya ehtiyacı olan tikililərin hansı meyarlara uyğun olaraq müəyyən edildiyini açıqlayıb və Bakıdakı bəzi memarlıq abidələrinin tarixi görkəminin dəyişdirilməsi kimi ağrılı mövzuya toxunub.

Söhbət zamanı şəhər infrastrukturunun inkişafı ilə bağlı aktual məsələlərə, habelə Bakının COP29 beynəlxalq iqlim konfransına hazırlığı mövzusuna da toxunulub. Rüfət Quliyev bu mühüm hadisə ərəfəsində aparılan bərpa işlərinin miqyasını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi