Bakı. 2 yanvar. REPORT.AZ/ Ötən il Milli Televiziya və Radio Şurasının (MRTŞ) ən çox xəbərdarlıq etdiyi və cərimələdiyi televiziyaların adları açıqlanıb.
"Report" xəbər verir ki, MTRŞ 2015-ci ildə “Space Müstəqil Teleradio Şirkəti”nə 3 dəfə xəbərdarlıq edib.
Ötən il ərzində ən çox cərimə olunan televiziya isə
2015-ci ildə şura “Lider TV və Radio Azərbaycan” MMC-yə, “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə bir dəfə xəbərdarlıq edib.
“ATV” telekanalının efirində yayımlanan “Qaynanamız” teleserialının yayımı tam dayandırılıb.
Eyni zamanda, Xəzərin “Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş verən qəzaya görə ölkədə elan olunan matəm günündə qanunu pozduqlarına görə "Space", "Xəzər" televiziyalarına, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM radiolarına irad tutulub, yayımçılara müvafiq tövsiyələr verilib.