Beş Olimpiadanı işıqlandırmış azərbaycanlı fotojurnalist vəfat edib

Media
  • 28 iyun, 2018
  • 08:18
Beş Olimpiadanı işıqlandırmış azərbaycanlı fotojurnalist vəfat edib
Yaşar Xəlilov

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycanın tanınmış fotojurnalisti bu gün vəfat edib.

“Report”un məlumatına görə, Yaşar Xəlilov 84 yaşında dünyasını dəyişib.

Y.Xəlilov 11 aprel 1934-cü ildə Bakı şəhərində anadan olub. Tanınmış fotojurnalist “Azərbaycan Gəncləri” qəzetinin idman şöbəsində iş fəaliyyətinə başlayıb. 

O, 1959-cu ildə indiki “Azərtac” Dövlət İnformasiya Agentliyinə dəvət olunub. Y.Xəlilov SSRİ-də tanınınmış və yüksək qiymətləndirilmiş şəxs olub. Respublikada yeganə fotojurnalistdir ki, 5 Olimpiadada (Münhendə, Monrealda, Moskvada, Los-Anjelesdə və Seulda) fotojurnalist kimi iştirak edib. Olimpiya çəkilişləri üzrə Yaponiyada “b Photo 6” və Qran-pri mükafatlarına layiq görülüb. 

Y. Xəlilov “Qızıl qələm” mükafatının laureatı, respublikanın əməkdar jurnalisti və Əməkdar İncəsənət Xadimi olub.

Allah rəhmət etsin!