“Bu gün bəzi saytlarda müğənni Xuraman Şuşalının
“Report”un məlumatına görə, bu barədə AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin müğənni Xuraman Şuşalının iddialarına cavabında bildirilib.
Qeyd edilir ki, Xuraman Şuşalının iddaları əsassızdır: “Ayrıca olaraq Mədəniyyət telekanalında İslam dininin dəyərləri ilə bağlı veriliş hazırlanır. Odur ki, əsassız və məntiqsiz yanaşmanın kim tərəfindən və nə üçün ortaya atılması bizə də maraqlıdır.
O ki qaldı müğənnilərə, biz dəfələrlə demişik, bu gün də deyirik ki, AzTV-nin xüsusən musiqi siyasətini Bədii Şura müəyyən edir. Yaşından, səsindən, cinsindən və geyimindən asılı olmayaraq hər bir müğənninin AzTV, Mədəniyyət və İdman telekanallarında çıxışı yalnız Bədii Şuranın müzakirəsindən və sonda keçirilən səsvermənin nəticəsindən asılıdır.
Konkret olaraq Xuraman Şuşalıya gəlincə, müğənni yalnız indi deyil, illərdir AzTV-nin efirində çıxış etməyib. AzTV-nin bu adda solisti yoxdur. Hər halda bunun səbəbi biz deyilik. AzTV hər zaman efir səviyyəsini qoruyub, bu gün də qoruyur. Bu səbəbdən hər müğənninin AzTV-nin efirində görünməsi mümkün deyil”.