AzərTAc-ın 7 əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SİYAHI

AzərTAc-ın 7 əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SİYAHI Bu medal onlara Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında səmərəli fəaliyyətlərinə görə verilib
Media
405
26 Fevral , 2015 16:25
AzərTAc-ın 7 əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SİYAHI

Bakı. 26 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) yeddi nəfər əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.

Bayramov Rəşid Oruc oğlu

Əliyev Məzahir Təriş oğlu

Əliyeva Kifayət Salman qızı

İbadov Suvar İnayət oğlu

Qədilli Fuad Adil oğlu

Quliyeva Səriyyə Qədir qızı

Vəliyeva Aidə Əlibala qızı

Həmçinin Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib.

“Əməkdar mədəniyyət işçisi”

Quluzadə Yaşar Mahmud oğlu

Qurbanova Gülzaman Kamil qızı

Yusifov Səlahət Şahsuvar oğlu

“Əməkdar jurnalist”

Həsənova Aygün Vəzir qızı

Sadıxlı Nərgiz Murtuz qızı

“Əməkdar mühəndis”

Əliyev Azər Həsən oğlu

Son xəbərlər

Orphus sistemi