Azərbaycan Prezidenti mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayacaq

Media
  • 15 may, 2015
  • 08:11
Azərbaycan Prezidenti mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayacaq

Bakı. 15 may. REPORT.AZ/ "Azərbaycan Prezidenti milli mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı xüsusi sərəncam imzalayacaq". "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, mətbuatın 140 illiyi ilə bağlı bir sıra dövlət tədbirləri keçiriləcək: "Həmişə olduğu kimi Azərbaycan Prezidentinin bununla bağlı xüsusi sərəncamı olacaq. Həmin sərəncam artıq hazırlanır".

Ə.Həsənov qeyd edib ki, sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün plan tərtib olunacaq.

44 filmi