Azərbaycan konsulunun ​ABŞ mətbuatında Xocalı soyqırımına dair məqaləsi dərc olunub

Azərbaycan konsulunun ​ABŞ mətbuatında Xocalı soyqırımına dair məqaləsi dərc olunub Məqalədə baş konsul Nəsimi Ağayev erməni vəhşiliklərini qeyd edib
Media
22 Fevral , 2016 20:09
Azərbaycan konsulunun ​ABŞ mətbuatında Xocalı soyqırımına dair məqaləsi dərc olunub

Bakı. 22 fevral. REPORT.AZ/ ABŞ-ın nüfuzlu yəhudi qəzetlərindən olan "Jewish Journal"da Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin müəllif olduğu Xocalı soyqırımına dair geniş məqalə dərc olunub.

Konsulluqdan "Report"a verilən məlumata görə, N.Ağayev məqalədə Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edərək, bu soyqırımı müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandırır.

Diplomat vurğulayır ki, Azərbaycanın apardığı ədalət mübarizəsi nəticəsində son illərdə artıq beynəlxalq aləm bu dəhşətli hadisənin öyrənilməsinə və tanınmasına böyük maraq göstərməkdədir. Bu səpkidə baş konsul Meksikadan Sloveniyaya, Bosniya və Herseqovinadan Peruya qədər müxtəlif ölkələrin, eləcə də ABŞ-ın onlarla ştatının Xocalı faciəsini qətiyyətlə pislədiklərini qeyd edir.

Baş konsul Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamasına diqqət çəkərək, bir milyona yaxın azərbaycanlının öz yurd-yuvalarından didərgin salındığını qeyd edir.

N.Ağayev qeyd edir ki, Ermənistanın bu dəhşətli cinayəti hər vəchlə inkar etməsinə baxmayaraq, Azərbaycan Xocalı qurbanlarına ədalət uğrunda mübarizəsini davam etdirir.

Diplomat bu səpkidə ABŞ Konqresinin də bu ədalət mübarizəsinə qoşulmasının, xüsusi qətnamə qəbul edərək bu qətliamı pisləməsinin vacib olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi